Şənbə , İyun 25 2022
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan əsgəri dəfn olundu

Azərbaycan əsgəri dəfn olundu

Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu dəfn olunub.

Hərbi qulluqçunun nəşi rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılıb.

*   *   *12:11

Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Azərbaycana qaytarılıb.

Hərbi qulluqçunun cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən evinə gətirilib. Vida mərasimindən sonra hərbi qulluqçu rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Sentyabrın 23-də isə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.

*   *   *

Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun meyiti təmas xəttindən çıxarılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova virtualaz.org-a açıqlamasında bildirib ki, sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.


Həmçinin oxuyun

Kəlbəcər və Laçında ermənilərlə atışma olub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin …