Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Atəşkəs yenidən pozuldu

Atəşkəs yenidən pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Kəngərli, Sarıcalı, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir – FOTOLAR

Qazax rayonunun Ermənistanla sərhəd zonasında yerləşən kəndində 500 metr uzunluğunda qoruyucu hasar inşa olunur. Oxu.Az-ın bölgə …