Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəbhə Xəbərləri / “Artıq düşmən cəbhəyə qadınlarını göndərir”

“Artıq düşmən cəbhəyə qadınlarını göndərir”

Son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat yayıb.

O bildirib ki, buna səbəb çoxlu sayda itkilərlə yanaşı Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsidir.

İtkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan Müdafiə Nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan Müdafiə Nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir.

Həmçinin oxuyun

Cəbhədə düşmənin hücum cəhdinin qarşısı alındı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində …