Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Araik Arutyunyan“hərbi müşavirə”sini uşaq bağçasında keçirdi…-FOTO

Araik Arutyunyan“hərbi müşavirə”sini uşaq bağçasında keçirdi…-FOTO

Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış  separatçı-terrorçu rejimin oyuncaq başçısı başıboş “komandan” Araik Arutyunyan Xankəndində öz terrorçu əlaltılarıyla növbəti “hərbi müşavirə” keçirib.
Rusiya mediasında yayılan məlumata görə, “müşavirə”  şəhərdəki uşaq bağçalarından birində keçirilib.
Məlumatda deyilir: 
“Sol tərəfdəki şkaflara və Arutyunyanın mühafizəçisinin arxasındakı divara çəkilmiş çiçəyə diqqət edin… Xankəndi şəhərindəki bir uşaq bağçasında hərbi qərargah qurublar. Məqsəd aydındır: Azərbaycan artilleriyası bağçanı vurmayacaq və vursa da,  dərhal Azərbaycanı “uşaqları öldürməkdə günahlandırmaq” mümkün olacaq…”. Moderator.az

Həmçinin oxuyun

“Ən çox itkilərimiz Cəbrayılda oldu” – Erməni əsgərdən etiraf

Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan …