Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Ağdamda düşmən snayperinə əmri kim verdi, Paşinyan, yoxsa Qarabağ klanı?

Ağdamda düşmən snayperinə əmri kim verdi, Paşinyan, yoxsa Qarabağ klanı?

Bu gün düşmən snayperinin açdığı atəşlə təmas xəttinin Ağdam istiqamətində Azərbaycan ordusunun zabitinin şəhid olması ötən ilin oktyabrında münaqişə tərəflərinin liderləri arasında Düşənbədə əldə edilmiş razılaşmadan bəri baş vermiş ən ciddi insidentdir.

MDB sammiti zamanı Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilmiş qeyri-formal görüşdə əldə edilmiş razılaşmadan sonra təmas xəttində gərginlik xeyli azalmışdı. Hərçənd Ermənistan ordusu bu razılaşmanı daha əvvəl də pozub və nəticədə ordumuz şəhid verib. İndiki halda isə düşmən snayperi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfərləri çərçivəsində Bakıda görüşlər keçirdiyi saatlarda zabitimizi hədəf alıb.

Bundan əvvəl müdafiə naziri Zakir Həsənov təmas xəttinin elə həmin istiqamətində olarkən düşmənin hər hansı təxribatının qarşısının bütün silah sistemlərindən istifadə olunmaqla alınması barədə göstəriş vermişdi. Bu baxımdam Azərbaycan ordusunun şəhid zabitinin qanının yerdə qalmayacağına ümid etmək olar.

Lakin məsələnin başqa tərəfi də var. Düşmən qüvvələrinin bu fəallığı Ermənistan hakimiyyəti ilə Qarabağ klanı, o cümlədən Dağlıq Qarabağdakı rejimin rəhbərliyi arasında münasibətlərin xeyli gərgin olduğu vaxta təsadüf edir. Bu günlərdə baş nazir Nikol Paşinyan bildirib ki, keçmiş rejim və onun Qarabağdakı adamları təmas xəttində vəziyyəti gərginləşdirməklə müharibə başlatmaq, “bəzi əraziləri” verməklə günahı hakimiyyətin üstünə atmaq kimi planlar qururlar.

Bu baxımdan təmas xəttinin Ağdam istiqamətində düşmən ordusunun fəallığının arxasında Paşinyanın özünün, yoxsa Qarabağ klanının dayandığı haqda suallar var. Hərçənd Paşinyan özü də üzləşdiyi siyasi təzyiqlər qarşısında təmas xəttində vəziyyəti gərginləşdirmək niyyətinə düşə bilərdi.

İstənilən halda, düşmən snayperinə atəş əmrini kimin verməsindən asılı olmayaraq hərbçimizin şəhid olmasına görə düşmən öz cəzasını artıqlaması ilə almalıdır. Və belə vəziyyətdə təmkin göstərmək düşməni daha da azğınlaşdıra bilər. Virtualaz.org

Həmçinin oxuyun

Azərbaycan Ordusunun işğaldan azad etdiyi yaşayış məntəqələrinin sayı 75-ə çatdı

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox …