Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Ağdamda düşmən ordusunun 5 hərbçisi öldü, təlim dayandırıldı

Ağdamda düşmən ordusunun 5 hərbçisi öldü, təlim dayandırıldı

Ermənistan ordusunun təlimi faciə səbəbi ilə yarımçıq dayandırılıb.

Bu gün işğalçı Ermənistan ordusunun 10-cu dağ atıcı diviziyasının tərkibində yerləşən 41-ci artilleriya alayının 1-ci diviziyonunda 152 mm-lik D-20 topu partlayıb.
Təlim zamanı baş verən partlayış nəticəsində 3 əsgər, 2 zabit həlak olub. Bir yüksək rütbəli zabit və bir gizir ağır yaralanıb.
Partlayış Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində baş verib və hadisədən sonra hərbi təlimlər dayandırılıb.
Xatırladaq ki sözü gedən hərbi hissə keçmiş Ağdərə rayonunun Nerkin Oratax kəndi ərazisinə yerləşir. (miq.az)

Həmçinin oxuyun

Qarabağda aprel müharibəsi ərəfəsindəki vəziyyət varmı…

Qarabağda təmas xətti boyu vəziyyət  gərginləşməkdədir və bu prosesi başladan Ermənistan silahlı qüvvələridir. Erməni tərəfinin …