Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir – Müdafiə Nazirliyi

Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir – Müdafiə Nazirliyi

“27 sentyabr tarixindən etibarən Azərbaycan Ordusu tərəfindən başladılan əks-həmlə əməliyyatı dövründə bu günə qədər Azərbaycan Ordusunun bütün birləşmələri, bölmələri beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Cenevrə Konvensiyasına əlavə edilmiş protokollara tam olaraq riayət edir”.
Bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu verilən göstərişlərə uyğun olaraq bütün protokol, norma və prinsiplərə riayət edir.
A. Eyvazov qeyd edib ki, bu müddət ərzində düşmənə həm canlı qüvvə, həm də döyüş texnikası baxımından verilən ağır itkilər nəticəsində düşmən hər dəfə geri çəkilməyə məcbur edilir: “Artıq bildiyiniz kimi bir neçə şəhər, kənd və qəsəbələrimiz işğaldan azad edilib. Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir, düşmənə qarşı ciddi tədbirlər görülür”. 

Həmçinin oxuyun

ANAMA:düşmən geri çəkilərkən əraziləri kortəbii şəkildə minalayıb

“Ermənistana mina basdırılan yerlərin xəritələrinin təqdim olunması üçün müraciət etməmişik”. Bunu Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi …