Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Afrində Türkiyənin daha iki əsgəri şəhid olub

Afrində Türkiyənin daha iki əsgəri şəhid olub

Suriyanın Afrin bölgəsində Türkiyənin daha iki əsgəri şəhid olub.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, hadisə Afrinin Bülbül rayonunun cənub-qərbində yerləşən Əl Maski məntəqəsində baş verib. Terrorçu İŞİD qruplaşması və PKK qruplaşmasının PYD və YPG adlı qollarının silahlıları həmin ərazidəki Türkiyə hərbçilərinə tankvuran silahla hücum ediblər. Hərbçilər cavab atəşi açıblar. Hücum nəticəsində Türkiyənin iki əsgəri şəhid olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri yanvarın 20-də Azad Suriya Ordusu ilə birlikdə Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Həmçinin oxuyun

Erməni əsirlər: “Qarabağ Azərbaycandır!” – VİDEO

Azərbaycan hərbçilərinin torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatları nəticəsində ələ keçirilən yeni erməni …