Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəbhə Xəbərləri / 8 ildə az qala 500 erməni əsgəri niyə ölüb…

8 ildə az qala 500 erməni əsgəri niyə ölüb…

2010-cu ildən 2018-ci ilə qədər olan dövrdə erməni ordusunda 491 qeyri-döyüş itkisi qeydə alınıb. Lakin 413 hal üzrə cinayət işi qaldırılıb, onlardan 263-ündə təhqiqatı dayandırıblar və cəmi 88 hal üzrə hökm çıxarılıb.

Virtualaz.org xəbər verir ki, bu məlumatları aprelin 26-da keçirdiyi mətbuat konfransında Helsinki Vətəndaş Assambleyasının Vanazor ofisinin rəhbəri Artur Sakunts açıqlayıb.

Onun sözlərinə görə, yeni Ermənistanda da hüquq-mühafizə orqanlarının iş metodu dəyişməyib və əsgər ölümləri üzrə təhqiqatlar yenə də cinayətin ört-basdır edilməsi məqsədini güdür. Sakunts buna misal kimi əsgər Artur Kazaryanın ölümü ilə bağlı təhqiqatı göstərib. Onun sözlərinə görə, istintaq iş üzrə maddi dəlilləri, habelə Kazaryanın orqanlarından götürülmüş nümunələri “itirib”. Hüquq-müdafiəçisi bu cinayətin ört-basdır edilməsi əmrinin kim tərəfindən verildiyini araşdırmağa çağırıb.

Həmçinin oxuyun

“Zəfər” və “Qarabağ” ordenləri belə olacaq – Foto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və …