Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəbhə Xəbərləri / 40 dəqiqəyə azad edilən Lələtəpə 3 ildən sonra – FOTOREPORTAJ

40 dəqiqəyə azad edilən Lələtəpə 3 ildən sonra – FOTOREPORTAJ

“Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları Aprel döyüşləri zamanı işğaldan azad edilən Lələtəpəyə səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Birlik komandiri, general-mayor Mayis Bərxudarov, Milli Qəhrəman, polkovnik Şükür Həmidov, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və Qarabağ qaziləri də Lələtəpə səfərində iştirak ediblər.

General-mayor Mayis Bərxudarov və polkovnik Şükür Həmidov Aprel döyüşlərindən danışaraq Lələtəpənin düşmən işğalından azad edilməsi barədə düşərgə iştirakçılarına məlumat veriblər.

Daha sonra döyüş postundan düşmən mövqelərinə baxış keçirilib.

Qeyd edək ki, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu tərəfindən 40 dəqiqə ərzində düşməndən geri alınıb. Bununla da Ordumuz böyük üstünlük qazanıb.

Azvision.az

Həmçinin oxuyun

Cəbhədə düşmənin hücum cəhdinin qarşısı alındı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində …