Çərşənbə , Noyabr 30 2022
Ana səhifə / Cəbhə Xəbərləri / “1 kvadratmetr ərazidən 8 mina tapdıq” – ANAMA sədri

“1 kvadratmetr ərazidən 8 mina tapdıq” – ANAMA sədri

Ermənilər işğal altında qalan ərazilərimizi sıx şəkildə minalarla çirkləndirilib.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

V.Süleymanov bildirib ki, Ermənistanın təqdim etdiyi mina fomulyarların cəmi 2 faizi səmərəli olub. O qeyd edib ki, keçmiş təmas xətti daha çox minalanıb:

“Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər aşkarlandı ki, 1 kvadratmetrdə 8 mina tapıldı. Horadiz-Ağbənd dəmir yol xətti çəkilərkən minatəmizləmə zamanı 50 kvadratmetr ərazidə 30 tank əleyhinə plastik mina tapılmışdı. Yəni ermənilər ərazilərimizi çox sıx şəkildə minalayıb”. 

Həmçinin oxuyun

Sülhməramlıların yerləşdiyi ərazidən mövqelərimiz atəşə tutuldu

Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni …