Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Əsgərlərimiz Ağdamın Şelli kəndində bayrağımızı ucaltdı

Əsgərlərimiz Ağdamın Şelli kəndində bayrağımızı ucaltdı

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.

Bu barədə AzərTAc xəbər yayıb.

Ağdam rayonu üçtərəfli razılaşmanın şərtlərinə əsasən noyabrın 20-də Azərbaycanın nəzarətinə verilib. Ordumuzun bölmələri, zirehli texnikası həmin gün düşməndən azad edilən Ağdam ərazisinə yeridilib.

Bildirililir ki, Şelli kəndində işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib. Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.

Şelli kəndi Ağdamın digər kəndləri kimi 1993-cü ilin iyul ayında işğal edilmişdi. Sonradan Ermənistan bu kənddə qanunsuz məskunlaşma aparıb, ona eybəcər “uxtasar” adı verib və bir qrup erməni mülki işğalçı qismində Şellidə məskunlaşıblar. Onlar Ağdam Azərbaycana qaytarılmazdan əvvəl kənddəki salamat evləri də yandıraraq Şellini tərk ediblər. İşğalçılar kəndi tərk edərkən orada iki il əvvəl xarici ianələr hesabına tikilmiş və Xocalı cəlladlarından biri, terrorçu Avo-nun adını daşıyan məktəbi də dağıdıblar.

Həmçinin oxuyun

“Ən çox itkilərimiz Cəbrayılda oldu” – Erməni əsgərdən etiraf

Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan …