Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib

Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv və tank əleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyindən erilən xəbərə görə, döyüş tapşırığının icrasına yaxınlaşdırılmış şəraitdə keçirilən təlimlərdə əsas məqsəd zabitlərin ixtisas biliklərinin təkmilləşdirilməsinə və batareyaların daim döyüşə hazır olmasına yönəldilib.

Planlı və plandankənar hədəflərin tam dəqiqliyi ilə məhv edildiyi təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Həmçinin oxuyun

İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir

İsrailin  “Israel Aerospace Industries” şirkəti Qarabağda gedən 44 günlük müharibənin təcrübəsini nəzərə alaraq “Harop” zərbə pilotsuz …