Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Xuraman Hacıyevanın 74 yaşına

Xuraman Hacıyevanın 74 yaşına

Bu fani dünyadan, yalan dünyadan, Gedənlər qurtarır canın, nə dərdi. Ölüm gedənlərə bir sakit ada, Ölüm qalanlara ən ağır dərddir… Biri vardı, biri yox. Bu dünyada Xuraman adlı bir xanım vardı, soyadı Hacıyeva idi. Yaratdığı obrazlar- “Asiya”, “Gülçöhrə”, “Ceyran”, “Qızılgül”, “Rəna”, “Eyzəngül”, “Gülsüm”, “Gülzar”, “Cemma”, “Humay”, “Firəngiz”, “Yetər” və sair xanımlar onu hamıya sevdirmişdi. Bəli, hər bir insan kimi onun da tərcümeyi halı var. Bir ömrün sığdığı həmin yazıda əksini tapan olaylar bunlardır: 1945-ci ildə Bakıda dünyaya gəlib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda “Arşın mal alan” bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı Dövlət Dram Teatrında aktrisa işləməyə başlayıb. Təhsilini davam etdirərək Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Bir müddət Gəncə teatrında işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Arada Naxçıvan teatrında aktrisalıq edib və yenidən əvvəlki kollektivə qayıdıb. Teatrdakı fəaliyyətinə görə 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 15 fevral 2005-ci ildə 59 yaşında qəflətən vəfat edib. Martın 7-də 74 yaşı tamam olur. Cismən aramızda olmasa da biz onu hələ də unutmamışıq. Axı insan onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndə ölür… Bəli, hər insan sonda bir nağıldır və bu nağılların hamısı belə başlayır- biri vardı, biri yox…

Elman Eldaroğlu,

ABŞ, Miçiqan

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …