Ana səhifə / Cəmiyyət / “Xalq artisti taksi sürür, dağıl, ey dünya!”

“Xalq artisti taksi sürür, dağıl, ey dünya!”

Ötən gün “Əlvida, Şmidt!” bədii filminin sayca üçüncü qala gecəsi keçirilib.  “Qafqazinfo” xəbər verir ki,  Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında tragikomediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub.

Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyevdir. Kinoda Xalq artistləri Rasim Balayev, Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı, Əməkdar artistlər Zemfira Sadıqova, Rasim Cəfərov, aktyorlar Azər Aydəmir və başqaları rol alıblar.

72 dəqiqəlik layihədə bir çox sosial problemlər Xalq artisti Rasim Balayevin dilindən işıqlandırılıb. Belə ki, polis obrazını canlandıran aktyor şöbəyə gələn üç gəncin sənədlərini yoxlayır. Bu zaman saxlanılanlardan birinin ad və soyadının Rasim Balayev olduğunu bildirib. O, taksi sürücüsü kimi çalışan şəxsə müraciət edərək “Rasim Balayev… Sən Xalq artistisən? Xalq artisti taksi sürür (gülür). Dağıl ey dünya!” deyə bildirir.

Bu məqamda qeyd edək ki, bir müddət əvvəl Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Ayşad Məmmədovun Bakıdakı taksi xidmətlərindən birində fəaliyyət göstərməsi barədə xəbər yayılmışdı. 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …