Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Xalq artisti söyüş söydüyü üçün xanımından boşanıb

Xalq artisti söyüş söydüyü üçün xanımından boşanıb

Xalq artisti Tariyel Qasımov boşandığını etiraf edib.

Belə ki, “Onun sirri” proqramında qonaq olan aktyor ailə həyatının 40 il davam etdiyini söyləyib.

O bildirib ki, boşanmasına səbəb xanımının söydüyü söyüş olub:

“Şahmar Ələkbərovun anası mənə elçi getmişdi. 25 yaşında sevdim evləndim. 5-6 ildir boşanmışıq. Həyat yoldaşının ərinə deyə bilməyəcəyi söz deyib. Söyüş söyüb, mən də qəbul etməmişəm. Məhkəməyə dedim ki, möhtərəm hakim, biz müsəlmanlar xanımını ancaq namus üstə boşaya bilərik. Mən isə bu xanımı bir söz üstündə boşayıram. Hakim qadın idi, sual verdi ki, böyük, məşhur sənətkarı necə əldən verdiniz? Dedi ki, biz universitetdə oxuyanda beş qız Tariyel Qasımovu sevirdik. Xanımım mənə məhkəmədə şər atdı. Dedi ki, guya demişəm, Prezident ev verib, gedirəm orada yaşayım. Guya mən başqa qadınla yaşamışam. Yoldaşımı sevib almışdım, ona xəyanət etməzdim. O boyda uşaqlar ola-ola ayrıldıq, ürəyim yandı. Amma o sözü qəbul edə bilmədim”. Axşam.az

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …