Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Sahibkarlar prokurorluqda dindirilir –”Diqlas”dakı yanğınla bağlı

Sahibkarlar prokurorluqda dindirilir –”Diqlas”dakı yanğınla bağlı

“Diqlas” ticarət mərkəzində yanğın nəticəsində zərər çəkən sahibkarlar Nizami Rayon Prokurorluğunda dindirilir.

“Report”un xəbərinə görə, dindirmə zamanı onların anket məlumatları dəqiqləşdirilib, dəymiş ziyanla bağlı suallar verilib.

Sahibkarların verdiyi məlumata görə, dindirilmə bir neçə gün davam edəcək.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət mərkəzi tamamilə yararsız hala düşüb.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …