Ana səhifə / Cəmiyyət / POTENSİAL QATİL HAZIRLAYAN MEDİAMIZ

POTENSİAL QATİL HAZIRLAYAN MEDİAMIZ

Jurnalistikada həmkar təəssübkeşliyi deyilən bir anlam var. Əslində normaldır! Ancaq hesab edirəm ki, bu daha çox əsl jurnalistikaya aid edilməli olan parametrdi. Bunu niyə xatırlatdım? Jurnalistikaya aid hansısa neqativliyi tənqid edəndə bəzən qınaqla qarşılaşmalı olursan. Həmkarlardan yazmağın düzgün olmadığı iradını adam gözünə soxurlar. Hazırda jurnalistikamızda qəribə mənzərə yaranıb. Heç bir KİV-də təcrübəsi olmayan birisi sayt açan kimi olur baş redaktor. Sonra da, daha çox İP gətirə bilən yerlərə banner qoyub bir az İP yığır və başlayır həmin saxta rəqəmin kölgəsində fors etməyə.
“Duxun” çatır ona bir irad bildir. Həmin dəqiqə  İP sayını gözünə soxacaq. Bununla hər şey bitirmi? Təbii ki, yox! Çalışdığımız sahədə gündə 100-lərlə kobud səhvlə rastlaşırıq. İP- gözümzə soxarlar deyə dinmirik. Ancaq hamısından da ötüb keçmək olmur. Dediyim xəbərin ilkin olaraq kimin tərəfindən yayılmasını araşdırmadım. Bəlkə də yaxın dostlarımızdı. Heç yuxarıda sadaladığım parametrlərə qəti aidiyyətləri yoxdur. Ancaq incisələr belə, bu iradı bildirməliyəm. Bu yaxınlarda Türkiyədə gülələnərək öldürülən “Lənkəranski” ləqəbli “oğru”nun oğlu ilə bağlı yayılan xəbəri nəzərdə tuturam. Gün ərzində bir neçə dəfə bu paylaşıma rast gəlmişəm. Başlıq təxminən belədir: “10 yaşlı lənkəranski Şarkonu öldürəcəyinə and içdi”. Xəbərin mahiyyət nədən ibarətdir? Bildirilir ki, Lənkəranskinin qətlini Şarko sifariş etdiyi səbəbindən, Rövşənin 10 yaşlı oğlu atasının qəbri üstündə belə bir and içib. Bəlkə də olub, ola bilər ki, heç olmayıb, sadəcə, sensasiya xatirinə jurnalistlər uydurub.
İndu sual olunur: biz jurnalistlər bu cür xəbər təqdimatı ilə nəyi təşfiq edirik? İndidən 10 yaşlı uşağa Lənkəranski ləqəbili zorla yapışdırıraraq, onu potensial qatil olmağa sövq edirikmi? Qardaşlar, bu medianın vəzifəsinə aid olan məsələ deyil axı. Bizim funksiyalarımızdan biri də, cəmiyyəti maarifləndirməkdir. Maarifləndirmə isə cinayəti, pis əməlləri, təşfiqi ilə deyil, onlardan gəncləri və cəmiyyəti çəkindirmək üzərində qurulmalıdır. Biz nə bilirik ki, Rövşənin oğlu kim və nəçi olacaq? Bəlkə, yaşa dolanda atasının kriminala qurşanmaqla doğru yolu getmədiyini özü etiraf edəcək. Bəlkə, elə cinayətkarlıqla mübarizə aparmaq yolunu seçərək: polis, prokuror və ya məhkəmə hakimi olacaq. Diqqətli olaq ki, bir uşağı indidən pis yola istiqamətləndirməyək…
P.S. Kriminal avtoritetlər və “oğru”ların həddən artıq çox pulu olur. Onlar heç vaxt doğmaları və yaxınlarının kriminala istiqamətlənməsini istəmirlər. “Quli” ləqəbli “oğru”nun təkidli tələblərilə onun Muşfiq adlı qardaşı Bakı Dövlət Universitətinin hüquq fakultəsinə qəbul olmuşdu. Əminəm ki, Rövşən özü də heç vaxt oğlunun kriminal aləmdə yer almasını istəməzdi.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın