Ana səhifə / Cəmiyyət / Polis toy zamanı zallarda yoxlama aparacaq? – VİDEO

Polis toy zamanı zallarda yoxlama aparacaq? – VİDEO

Polis əməkdaşları toy mərasimləri keçirilən zaman zala daxil olub yoxlama aparmayacaq.

Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, heç bir halda polis əməkdaşları toy mərasimləri keçirilən zala daxil olmaqda maraqlı deyil:

“Tədbirlərin təşkilinə 5 gün qalmış bu işlər tənzimlənəcək. Restoran, ictimai iaşə obyektlərinin rəhbərləri ilə görüşlər keçirilir və digər dövlət qurumları ilə birlikdə işlər gücləndirilib. Bütün risklər nəzərdən keçirilib və müzakirə olunub. Polis heç bir halda və heç bir formada vətəndaşın tədbir zalına daxil olub, orada kimisə cərimələməkdə maraqlı deyil”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …