Ana səhifə / Cəmiyyət / Paytaxtda “cib” tipli dayanacaqlar quraşdırılır – FOTOLAR

Paytaxtda “cib” tipli dayanacaqlar quraşdırılır – FOTOLAR

Bakı şəhərində sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir.
Azinforum.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq, “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb. Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …