Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Nazirlik Rasim Balayevin durumunu araşdıracaq – Açıqlama

Nazirlik Rasim Balayevin durumunu araşdıracaq – Açıqlama

Xalq artisti Rasim Balayevin maddi durumu və səhhəti ilə bağlı səsləndirdiyi fikirlər müzakirəsiz ötüşməyib.

Belə ki, xalq artisti yerli mətbuata açıqlamasında bildirib ki, dərmanlara pul çatdırmır: “Aldığım təqaüdün hamısı müayinələrə, müalicəyə gedir. Özüm də gündə bir dəfə yemək yeyirəm… Pulu çatdıra bilmirəm. Dərmanlar da çox bahadır. Həkim dünən iki dərman yazmışdı, qiyməti 60 manatdır. Gedib birini aldım, dedim, təsirini görsəm, gəlib birini də alaram. Utandığımdan deyə bilmədim ki, dərmana pul çatdıra bilmirəm”.

Onun bu açıqlaması birmənalı qarşılanmayıb. İllərini sənətə, kinoya həsr edən aktyorun çətin durumda olması, həm sənət yoldaşlarını, həm də Rasimsevərləri üzüb. Hətta onun üçün yardım kampaniyasına başlamaq istəyənlər də olub.

Aktyor saytımıza açıqlamasında isə fikirlərini qismən təkzib edib. O, bildirib ki, lazım olmayan fikirləri qabardılıb:“Hazırda normal vəziyyətdəyəm. Övladlarıma mən köməklik edirəm. Hökumətdən də prezident təqaüdü alıram. Yəni hər şey yaxşıdır”.

“Babək” və “Nəsimi” kimi filmlərin baş rol ifaçısının durumu haqda Mədəniyyət və Turizm Nazirliyində nə düşünürlər? Onlar illərini sənətə həsr etmiş aktyora yardım edəcəklərmi?

Musavat.com məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov ilə əlaqə saxlayıb.

O, deyib ki, məsələ ilə bağlı araşdırma aparılacaq: “Rasim bəyin səsləndirdiyi fikirlərdən xəbərdarıq. Onun sözləri bizi də kədərlədirdi. Məsələ ilə bağlı maraqlanırıq. Rasim bəylə əlaqə saxlayacağıq. Yaxın günlərdə bu barədə ictimaiyyətə geniş açıqlama verəcəyik”.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …