Ana səhifə / Cəmiyyət / Naxçıvanın yeni Ombudsmanı seçilib

Naxçıvanın yeni Ombudsmanı seçilib

Naxçıvan Muxtar Respublikasının yeni Ombudsmanı seçilib.

“Report” xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi” barədə məsələ altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən yeddinci sessiyasının gündəliyinə daxil edilib.

Sessiya zamanı baş tutan səsvermədə Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmiş Günay Rzayeva Ali Məclisin sessiyasında and içib və minnətdarlıq edib.

Ali Məclisin Sədri Vasif Talıbov Günay Rzayevanı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi münasibəti ilə təbrik edib və ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, bundan əvvəl G.Rzayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi olub.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …