Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Müşfiq Abbasov yalan danışır? – Foto

Müşfiq Abbasov yalan danışır? – Foto

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı komandanın rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov növbəti dəfə açıqlama yayıb və adın dəyişdirilmədiyini bildirib.

“Heç kim komandanın adını dəyişməyib. “Şuşa” komandası var və qalacaq. Son iki sutkada keçirdiyim gərgin və mübahisəli görüşlərdən sonra belə qərara gəlindi ki, “Şuşa” komandası Rusiyanın Sankt-Peterbuq şəhərində keçirlən mərkəzi liqalarının birində oynayacaq. Hər şey əladır. Bəzi bədbəxtlərin sevinci uzun çəkmədi” – Müşfiq Abbasov bildirib.

Müşfiq Abbasovun bu açıqlamasından sonra KVN-in rəsmi saytına göz gəzdirdik. Qısa araşdırma zamanı məlum oldu ki, komandanın adı rəsmi saytda “Şuşa” kimi yox, “Buta” olaraq təqdim edilir.

Azərbaycanı təmsil edən “Buta” 22 komandanın iştirakı ilə Premyer Liqada çıxış edəcək komandaların siyahısında göstərilib. Bu liqanın oyunları isə telekanallar vasitəsilə yayımlanmır./Qafqazinfo

Müşfiq Abbasov yalan danışır? - Foto

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …