Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Murov qartalı”: Yaşasaydı 48 yaşı olacaqdı – FOTOLAR

“Murov qartalı”: Yaşasaydı 48 yaşı olacaqdı – FOTOLAR

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.

R.Orucov yaşasaydı, 48 yaşını qeyd edəcəkdi.

Raquf Orucov 1972-ci il 12 iyul tarixində Ağdam rayonunun Cinli kəndində anadan olub. Raquf ailəsinin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu həlak olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq. O, Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra yenidən döyüş bölgəsində xidmətini davam etdirib.

Raquf 1996-cı ildə Murovdakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri məhz Raquf Orucov olub.

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan “Murov qartalı” polkovnik-leytenant Raquf Orucov həmin ayın 5-də son mənzilə yola salınıb. Sumqayıt Şəhidlər Xiyabanında keçirilən vida mərasimində 10 mindən çox insan, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhid polkovnik-leytenant R.Orucov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Azvision.az

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …