Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / KİVDF 20 baş redaktoru Naxçıvana apardı – FOTO

KİVDF 20 baş redaktoru Naxçıvana apardı – FOTO

Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb. Movqe.az-ın məlumatına görə, üç günlük səfər çərçivəsində Bakıdan Naxçıvana yola düşən 20 nəfərlik nümayəndə heyəti burada KİV-nin iş prinsipi ilə tanış olacaq. Daha sonra Nümayəndə Heyyəti “Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu” mövzusunda konfransda iştirak edəcəklər.
Səfər çərçivəsində qonaqların Naxçıvandakı mədəni-tarixi abidələrin ziyarəti nəzərdə tutulub. Qeyd edək ki, Bakıdan Naxçıvana yola düşən Nümayəndə Heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, “Ədalət qəzetinin” təsisçisi, millət vəkili Aqil Abbas, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “İnterfaks” İnformasiya Agentliyinin direktoru Aleksandr İvanov, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, Azərbaycan Mətbuat Şurasının sədr müavini, “Jurnalistlərin Həmkarlar İttifaqı”nın sədri Müşfiq Ələsgərli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova, KİVDF-nin informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev, “Movqe.az” saytının müxbiri Zülfiyyə Quluyeva daxildir.
Xatırladaq ki, bu, ölkənin aparıcı media orqanları rəhbərlərinin Naxçıvana təşkil olunan sayca ikinci səfəridir. Ötən ilin oktyabr ayınında da KİVDF tərəfindən təşkil olunan səfərdə baş redaktorlardan ibarət 20 nəfərlik Nümayəndə Heyyəti Naxçıvanda iki günlük səfərdə olmuşdular.

Zülfiyyə Quluyeva

 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın