Ana səhifə / Cəmiyyət / Keçmiş deputat: “Yaş artıq öz sözünü deyir”

Keçmiş deputat: “Yaş artıq öz sözünü deyir”

“Səhhətimlə əlaqədar evdə oluram. Tez-tez müalicə alıram. Vaxtlı-vaxtında müalicəyə gedə bilmirəm. Artıq işə də çıxa bilmirəm. Nə qədər danışsam da, yaş öz sözünü deyir. Əvvəllər səhhətimdə problem yox idi. İndi isə problem özü gəlib qapını döyür. Axı yaş da gedir”.

Bunu Modern.az-a açıqlamasında keçmiş deputat, “Azərkontrakt Səhmdar Cəmiyyəti”nin sədri Miri Qəmbərov deyib.

Keçmiş deputat sədri olduğu işindən də söz açıb.

“Azərkontrakt Səhmdar Cəmiyyəti”nin adı var, özü yox. İdarə boş qalıb. Bu dövlət idarəsidir. İşçilərin sayını deyə bilmərəm. Elə işçi var ki, öz hesabına məzuniyyətə çıxıb. Eləsi də var ki, yeni işə başlayıb. Dövlətin qurduğu iş bu formada davam edir. İşə vaxtında çıxa bilmədiyimdən gedişat barədə tam danışa bilmirəm.1997-ci ildən orda çalışmışam. Hər halda, yeniliklər olmamış deyil”.

Qeyd edək ki, Miri Qəmbərov 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışıb. 1997-ci ilin iyun ayından “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədridir.

İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
2005-ci ildə “Şöhrət” ordeni, 2010-cu idə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bir çox mükafatlara layiq görülüb. Ailəlidir, 4 övladı var.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …