Ana səhifə / Cəmiyyət / İmtahanda maksimum bal yığan abituriyent kimdir? – FOTO

İmtahanda maksimum bal yığan abituriyent kimdir? – FOTO

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 32174 abituriyentdən 1771 nəfəri imtahanda iştirak etməyib. Abituriyentlərdən 11 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. 

İmtahanda I ixtisas qrupu üzrə 1 abituriyent Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb. 

Azvision.az -ın əldə etdiyi məlumata görə, imtahanda maksimum bal yığan abituriyent Tofiq Müxtəsərovdur. O, buraxılış imtahanında da yüksək nəticə göstərib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …