Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısı öz oğlundan imtina etdi?

İcra başçısı öz oğlundan imtina etdi?

“Gəncə şəhər icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun sənədlərlə, sübutlarla 2 milyon manatlıq maşın kolleksiyasını tapıb ortaya çıxartmışıq. Bu məsələ ilə bağlı jurnalistlər Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndəriblər, ki bu haqda sizin mövqeyiniz nədir? Bu maşınları oğlunuz hansı pullarla əldə edib?”.

Bu açıqlama ilə blogger Mehman Hüseynov çıxış edib.

O, bildirib ki, suallara cavab olaraq Niyazi Bayramov deyib ki, sözügüdən videoreportajda qarşı tərəf olaraq o deyil:

“Nə olsun ki, mənim oğlumdu. Orada söhbət Azərbaycan Respublikasının vətəndaşı haqqında gedir. Siz videoda adıçəkilən vətəndaş Bəhram Bayramovun özü ilə əlaqə saxlasanız, daha doğru olar. Şəxs icra başçısının oğlu olsa belə, yetkinlik yaşına çatmış Azərbaycan vətəndaşıdır. Şəxsi həyatı, fəaliyyəti, işi olan bir insandır. Özündən soruşun görün o bu maşınları necə alıb?”.

Mehman Hüseynov paylaşımında qeyd edib ki, korrupsiya cinayəti belə bir şeydir: “Ata öz cinayətlərini ört-bastır etmək üçün, öz həyatını xilas etmək üçün bütün məsuliyyəti oğlunun üstünə atır. Deyir gedin onu sorğu-sual edin, maşınlar mənim adıma deyil ki?! 

Həmin videoda da demişdim axı, Niyazi Bayramovun cəsarəti çatmaz çıxıb bir açıqlama versin ki, görən, bu maşınları almaq üçün o bu milyonları necə qazanıb? 

Hələ yaxşıdır ki, Gəncənin şahı “mən belə oğuldan imtina edirəm” deməyib”.

Xatırladaq ki, icra başçısının oğlu bahalı maşınlar kolleksiyası ilə gündəmə gəlib.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …