Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısı oğluna 280 minlik maşını hansı pulla alıb?

İcra başçısı oğluna 280 minlik maşını hansı pulla alıb?

Beyləqanın icra başçısı prezidentin xəbərdarlığına məhəl qoymur. Vaqif Abdullayev ölkə başçısının müşavirədə etdiyi tapşırıqları saymazyana şəkildə qulaqardına vurduğu, oğluna bahalı avtomobil aldığı iddia olunur.

AZİNFORUM.az  Tia.az-a istindən xəbər verir ki, rayon rəhbəri bütün edilən xəbərdarlıq və göstərişlərə rəğmən öz bildiyini etməkdədir. V.Abdullayev oğluna “Bugatti” markalı yeni maşın hədiyyə edib. Həmin avtomobilin 280 min manata aldığı söylənir.

İddialara görə, 280 min manata alınmış həmin avtomobil Vaqif Abdullayevin oğluna doğum günü hədiyyəsidir. Xeber-Xetti com isə yazıb ki, məmur övladları ilə bağlı sərt cəza tədbirlərinin görülməsinə, məsələyə hətta ölkə prezidenti səviyyəsində sərt reaksiyalar verilməsinə baxmayaraq bu sahədə hər şeyin qaydasına düşdüyünü iddia etmək olmaz.

Əlində olan səlahiyyətlərdən sui-istifadə edərək övladları üçün komfort şərait yaradan, onlara bahalı mülk və maşınlar hədiyyə edən belə məmurlar sırasına Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev də qoşulub.

Məlumat üçün bildirək ki, prezident İlham Əliyev çıxışlarında dəfələrlə nazir-məmur və onların qudurğan övladlarına hiddətlənərək, xəbərdarlıq edib. Bu baxımdan prezidentin məmur övladları ilə bağlı səsləndirdiyi, Vaqif Abdullayev kimi məmurların isə deyəsən, unutduğu məşhur çıxışdan bir hissəni təqdim edirik:

“Onların güvəndiyi adamları mən təyin etmişəm, lazım bildikdə isə mən də işdən çıxaracağam. Əgər bilsəm ki, kiminsə ailə üzvü, hardasa xuliqanlıq edib, nadanlıq edir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın