Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Gömrük generalları ev dustaqlığına buraxıldılar

Gömrük generalları ev dustaqlığına buraxıldılar

Dövlət Gömrük Komitəsinn (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin sabiq rəisi, general Məsum Rəsulov və DGK yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru, general Ehtiram Xəlilov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

Bakupost.az -a daxil olan məlumata görə, Məsum Rəsulov və Etiram Xəlilov azadlığa buraxılıblar.
Qeyd edək ki, bu il yanvarın 5-də Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının vəsatətləri əsasnda onların həbs müddəti 3 ay uzadılmışdı.Generallar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurdular.
O da maraqlıdır ki, onların azadlığa buraxılması sabiq DGK şefi Səfər Mehdiyevin ad günü ilə eyni vaxta təsadüf edib. Maraqlıdır, bu olay generalın öz ad gününə sürprizi sayıla bilərmi?

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …