Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Elektron imzalar biometrik üsulla tanınacaq – VİDEO

Elektron imzalar biometrik üsulla tanınacaq – VİDEO

Vətəndaşlara biometrik tanınma üsulları ilə elektron imza sertifikatları veriləcək. Bu üsul əlavə vaxt itkisinin qarşısını alacaq.

Məlumat Hesablama Mərkəzi bu məqsədlə yeni “SmartCell” adlı mobil tətbiq hazırlayıb.

Qurumun şöbə müdiri Ceyhun Məmmədovun sözlərinə görə, yeni tətbiq tam istifadəyə verildikdən sonra insanlar zəruri olan elektron sənədləri onlayn qaydada imzalayarkən üztanıma texnologiyasından da istifadə edə biləcəklər.

Biometrik tanınma texnologiyası şəxsi məlumatların eyniləşdirilməsini xeyli asanlaşdıracaq.

Qeyd edək ki, mobil tətbiq vasitəsilə vətəndaşların dövlət informasiya ehtiyatlarında olan məlumatları götürülür. Daha sonra vətəndaşın real vaxt rejmində tətbiqlə şəkili çəkilir və həmin məlumatlardakı foto ilə eyniləşdirilir.

Əgər şəxs eyni deyilsə, bu zaman tətbiq məlumatların eyniləşməsindən imtina edir. Bununla da insanların dövlət informasiya sistemində olan məlumatlarının təhlükəsizliyi təmin olunur. Qurumdan bildirildi ki, yaxın günlərdə tətbiq daha da təkmilləşdiriləcək.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …