Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Deputat qohumu Cavid Qurbanovun saqqallından danışdı

Deputat qohumu Cavid Qurbanovun saqqallından danışdı

Rəqəmsal və inkişaf nazirinin müavini Cavid Qurbanov Atletika Federasiyasının prezidenti seçilməsi və xarici görünüşünə dəyişiklik etməsi müzakirələr doğurub.

Bu müzakirələrlə bağlı C.Qurbanovun qohumu, Milli Məclisin deputatı Aqil Məmmədov danışııb.

O bildirib: “Cavid müəllim uzun illər Voleybol Federasiyasının prezidenti olub. Hazırda da, səhv etmirəmsə, həmin federasiyanın prezidentidir. Cavid Qurbanov xeyli vaxtdır bu sahədədir. Daim idmanla bağlı adam olub. Bu sahədən anlayışı var ki, ona etimad göstəriblər. Anlayışı olmasaydı, etimad göstərərdilər?!”.

Deputat Cavid Qurbanovun xarici görünüşünə dəyişiklik etməsinə belə münasibət bildirib: “Hamıya maraqlıdır. Ola bilər, indi belə istəyib. Bu, insanların şəxsi istəyi ilə əlaqədar bir məsələdir. Göstərişlə olmur ki. İmicdə dəyişiklik etmək də yaxşıdır. Buna niyə başqa məna yükləyirlər. İnsandır, əvvəl saqqalsız idi, bəlkə, indi saqqal saxlamağı xoşlayır…” Pravda.az

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …