Ana səhifə / Cəmiyyət / “Bu gün bir söz deyir, sabah başqa bir söz…” – Deputat

“Bu gün bir söz deyir, sabah başqa bir söz…” – Deputat

Paşinyan öz addımları, davranışları, verdiyi bəyanatları ilə özünü gülünc vəziyyətə salır, qeyri-ciddi siyasətçi və naşı dövlət rəhbəri olduğunu hər gün bir daha nümayiş etdirir. O, məsuliyyət nədir, siyasət və dövlət adamı necə olmalıdır, necə davranmalıdır və sair, nə demək olduğunu hələ də anlaya bilmir. Hələ də hakimiyyətə gəldiyi inqilab, mintinq, küçə eyforiyası və düşüncəsi ilə hərəkər edir, bir addım da olsun bu çərçivədən kənara çıxa bilməyib və bilmir. Bu gün bir söz deyir, sabah başqa bir söz. Bir sözü ilə bir hərəkəti bir-birinə uyğun gəlmir, bir-birini tamamlamır.
Bunu mətbuata açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, yağlı, pafoslu, reallıqdan uzaq vədlərlə hakimiyyətə yiyələndiyi Ermənistan cəmiyyətində vədlərini yerinə yetirə bilmədikcə, sözlərini tutmadıqca, vəziyyət gündən-günə qəlizləşdikcə və ağırlaşdıqca, özünü tamamilə itirir və onu daha tragikomik vəziyyətə salır.
Millət vəkili bildirib ki,  Paşinyan düşdüyü vəziyyətdən çıxmaq, hər gün aşağı düşən nüfuzunu, yerlə bir olan imicini qaldırmaq üçün də özündən əvvəlki rəhbərlərin, hərbi canilər-koçaryanların, sarkisyanların belə ağlına gəlməyən ən avantürist bəyanatları səsləndirir, həm özünü, həm də ölkəsini uçuruma doğru itələyir.
“Qarabağ Ermənistandır, Qarabağ Ermənistanındır kimi sərsəm bəyanatlar verərək, 31 ildən artıqdır davam edən Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli prosesinə açıqdan-açığa maneçilik, əngəl, təxribatlar törədir. Gah deyir ki, Qarabağ münaqişəsinin Ermənistana aidiyyatı yoxdur, bu problem Azərbaycanla Qarabağ erməniləri arasındadır və onlar tərəflər kimi bu məsələni həll etməlidirlər, gah deyir ki, format dəyişikliyi olmalı, Qarabağ erməniləri danışıqlarda tərəf kimi iştirak etməlidir, gah da deyir ki, Qarabağ Ermənistanındır, Qarabağ Ermənistana birləşdirilməlidir və sair. Bu qədər qeyri-ciddilik, avantüristlik olarmı? Nə dediyinin, odla oynadığının fərqindədirmir?
Çox təəssüflər olsun ki, onun bu təxribatçı addımları və bəyanatları da münaqişənin həlli ilə məşğul olan qurumlar-ATƏT-in Minsk qrupu, həmsədrlər insititutu tərəfindən qulaqardına, görməməzliyə, eşitməməzliyə vurulur. Sanki bu sözləri eşitmir, bu hərəkətləri görmürlər. Bunlar da təbii ki, münaqişədən, işğaldan, təcavüzdən əziyyət çəkən Azərbaycan xalqında və dövlətində haqlı suallar, haqlı narazılıqlar, haqlı etirazlar və haqlı tələblər yaradır.
Artıq Azərbaycan xalqı və dövləti münaqişənin həllinin yubadılmasına, Ermənistan işğalçılıq, təcavüzkarlıq, təxribatçılıq siyasətinə və əməllərinə son qoyulmasını, Minsk qrupunun, həmsədrlərinin sözdən ciddi əməli fəaliyyətə keçəmsini, söz oyunlarına, turist səfərlərinə son qoyub, Ermənistanın sülhə məcbur edilməsini gözləyir və tələb edir.
Bu, bizim haqqımız və tələbimizdir. Həmin qurumların, həmsədrlərin borcudur ki, bunu etsinlər, Ermənistanı cəzalandırsanlar, onlara yerini və həddi bildirsinlər, Azərbaycan ərazilərindən geri çəkilməyə vadar etsinlər. Etməsələr, hələ də işğalçının nazı ilə oynamaqda davam etsələr, bunu Azərbaycan dövləti və xalqı edəcək, necə ki, Aprel döyüşlərində, Cünnüt və son Qazax əməliyyatında bunu etdi, Ermənistana, onun havadarlarına nəyə qadir olduğunu  bir daha sübut etdi və göstərdi.
Odur ki, əgər Ermənistan rəhbərliyinin, Paşinyanın bir balaca düşünmək qabiliyyəti, ağlı varsa, özlərini də, xalqlarını da, yarımmüstəmləkə dövlətlərini də uçurum, məhv təhlükəsindən xilas etmək istəyirlərsə, yanlış yollarından dönsünlər, təxribatçı əməllərindən əl çəksinlər, münaqişənin sülh və danışıqlar yolu ilə həllinə əngəl törətməsinlər. Həm özlərini, həm xalqlarını, həm dövlətlərini xilas etsinlər.
Onlar da, digərləri də bilsinlər ki, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır. Kimsə bu gerçəkliyi, bu həqiqəti dəyişdirə bilməz və bilməyəcək!”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.(Etikxeber.az)

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …