Ana səhifə / Cəmiyyət / Boşanmış qadınların qızları da eyni taleni yaşayırlar? – Araşdırma

Boşanmış qadınların qızları da eyni taleni yaşayırlar? – Araşdırma

Son dövrlər boşanmış qadınların qızlarının da eyni taleni yaşadıqlarının şahidi olmaqdayıq. Sual yaranır: bu taleyin qismətidirmi, yoxsa, burada bir qanunauyğunluq var? Bu sualla tanınmış psixoterapevt, elmi-lədun bilicisi Paşa Yaquba müraciət etdik. Həkimin fikirlərini moderator.az-ın oxucularına təqdim edirik:
-Boşanmış qadınlar arasında apardığımız test sorğularından aydın olur ki,  onlarda aşırı əsəb mövcud olur. Ona görə də onlar həyat yoldaşları və digər ailə üzvləri ilə yola gedə bilmirlər. Bu cür qadınlarda adətən aşağıdakı  əlamətlər müşahidə olunur:
– Baş, boyun, çiyin, bel ağrıları (başda keyləşmə də ola bilir);
– Ürək  döyüntüləri;
– Diksinmə, qorxu;
– Qorxulu yuxular görüb, gündüzlər bu yuxuların təsirindən çıxa bilməmək;
– Boğulmalar;
– Yuxuda vəhşi heyvanların (yaxud qorxulu varlıqların) onu təqib etməsi;
– Gecələr tez-tez sidiyə çıxma (bəzi hallarda);
– Menstruasiya  dövrünün həddən artıq ağrılı və sancılı keçməsi;
– Qərarsızlıq (bir fikrə gələ bilməmək);
– Hallunasiya (yanından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini hiss edir);
– Həzm sistemi pozğunluqları;
– Həvəssizlik, ümidsizlik, sevgisizlik, inamsızlıq;
və s.
Sadaladığım bu əlamətlərdən bir neçəsi olan qadınlar hmilə qalarkən, onlarda bu əlamətlər daha da artır və bundan  çox əziyyət çəkirlər. Nəticədə, ya hamiləlik pozulur, ya da doğulan uşaq əsəbi (bəzi hallarda qüsurlu) doğulur. Bu əlamətləri olan qadınların ailələri bir çox hallarda dağılır.
Diqqətinizi vacib bir məqama da yönəldim ki, bu cür əlamətləri olan qadının dünyaya gətirdiyi ilk övlad qızdırsa, o, böyüdükcə, anada olan yuxarıda sadaladığım bütün  əlamətlər həmin qızda özünü göstərməyə başlayır.
Bu əlamətləri olan qızlar ailə qurmağa meyilli olmurlar.
Boşanmış (yaxud, yuxarıdakı əlamətləri olan, ancaq boşanmayan) qadınların ilk qız övladları  arasında apardığımız test sorğularından məlum olur ki, onlar adətən  sevərək ailə qurmurlar. Menstruasiya dövrləri həmişə sancılı, ağrılı və yaxud gecikmələrlə baş verir. Əks cinsə həvəsləri  olmur. Buna görə də evlilik təkliflərinə  çox vaxt  “yox” deyirlər.  Nəhayət, yaşları keçdikdən sonra, belə qızlar yaxın ətraflarının təzyiqi və təkidi ilə (üzə düşərək) namizədlərdən birinə “hə” deyirlər. Ailə qurduqdan sonra isə, sıxıntıları daha da artır (analarında olan yuxarıdakı əlamətlər qızlarda da görünməyə başlayır). Bu cür qızlar yuxarıda sadaladığım əlamətlər və xəstəliklərlə hamiləlik keçirərək,  ilk övladlarını dünyaya gətirirlər. Bu cür çətin hamiləlik nəticəsində doğulan ilk uşaq adətən, əsəbi və xəstə olur. Bu əlamətləri olan qızların da ailə həyatları bir çox hallarda analarınınkı kimi olur – ya dağılır, ya da istirab içində keçirirlər.
-Doktor, bütün bunlar taleyin gərdişidir, yoxsa burada bir qanunauyğunluq, elmi əsas var? 
-Əlbəttə, elmi əsası var. Bütün bunlar ətraf mühitdən gələn neqativ enerjilərin təsirindən yaranır. Bu enerji əsasən insanın onurğasında toplanaraq ostroxondroza, yaxud, fəqərə yırtıqlarına səbəb olur. Bütün bunlar əsəbi pozur.
Ətraf mühitdən orqanizmə daxil olan neqativ enerjinin ikinci ən çox toplandığı orqan cinsiyyət orqanlarıdır. Bu hallar qadında cinsi istəksizlik yaradır,  menstruasiyanı pozur və güclü sancılara, ağrılara, bəzi hallarda yumurtalıqlarda kistaların, polikistozların, miomaların… yaranmasına gətirib çıxarır. Belə qızlarda adətən cinsi istəksizlik müşahidə edilir. Son nəticədə, yuxarıda qeyd etdiyim kimi, bu cür əlamətləri olan qızlar adətən evlilik təkliflərinə “yox” cavabı verirlər. Səbəb onların qəlbindən sevgi və inam hissinin (oxu: faylının) silinməsidir. Belə ki, kompyuterlərimizə düşən virus ondakı fayl və proqramları necə silirsə, insana daxil olan neqativ enerji də qəlblərdən sevgi və inam faylını elə silir, həyatı dondurur.
Nəticədə bu cür qadınlar və onların böyük qızları boşanmağa meyilli olurlar və şərait yaranan kimi, boşanma  arzularını reallaşdırırlar. Bu gün cəmiyyətimizdə neqativ enerji həddən artıq çox yayıldığından, bu enerjinin təsirinə məruz qalan  qızların (qadınların) da sayı sonsuzdur. Nəticə olaraq, son dövrlər  boşanmaların sayında aşırı artım müşahidə edilməkdədir.
-Bəs bütün bu hallardan necə  xilas olmaq olar?
-Tibb elmi neqativ enerjiyə qarşı vasitə kəşf etməsə də, bizim tətbiq etdiyimiz psixoloji  metodla cəmi 21 günə bu enerjidən və onun fəsadlarından (əsəbdən, ağrılardan və boşnmadan) xilas olmaq mümkündür. Bütün bu neqaiv əlamətlərdən xilas olan qızda məhəbbət hissi bərpa (vostonovit) olur və o sevərək ailə qurur; əsəbi olmur və ailəsinə bağlı olduğundan boşanmaq haqqında düşünmür.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …