Ana səhifə / Cəmiyyət / Biznesmen deputat mandat qonaqlığı verir – Yevlaxda

Biznesmen deputat mandat qonaqlığı verir – Yevlaxda

48 saylı Yevlax şəhər dairəsindən deputatlığa namizəd İlham Məmmədov haqda xəbərlər var. Millət vəkilliyinə namizəd kitabxanaçı, rabitəçi, elektirik işçisi, mühəndis, işsiz, müəllim, mədəniyyət işçisi və laborantla eyni dairədə mübarizə aparacaq.

AZİNFORUM..AZ arqument.az-a istinadla xəbər verir ki, o, mandatından istifadə edir. Gəncədə və Yevlaxda böyük biznes strukturu qurub. Yerli sakinlərin “makler” adlandırdığı i deputat artıq özünü qalib elan edib. Hətta sayt yazıb ki, yaxınlarına Yevlax və Gəncədə ziyafət məclisləri təşkil edib.

Millət vəkili 10 gündən çoxdur ki, Yevlaxda və Gəncədə yaxın adamlarına ziyafət məclisləri təşkil etməklə məşğuldur. Bu isə yerli seçicilərin narazılığına səbəb olub. Hər yerdə yenidən «seçildiyini» bildirən İlham Məmmədov bununla sanki öz secilərinə deyir ki, “mənim sizə ehtiyacım belə yoxdur”.

Seçicilər bildirilər ki, 5 il Yevlaxı Milli Məclisdə təmsil edən İlham Məmmədova rayon sakinlərinin əksəriyyətinin inamı yoxdur. O, vətəndaşların problemləri ilə maraqlanmayan, sadəcə, öz şəxsi maraqlarını güdən bir şəxsdir.

İlham Məmmədov keçmişdə də, elə indi də Yevlax və Gəncədə torpaq satışı ilə məşğul olub: “İlham Məmmədova 2010-cu ildə də səs verməmişik, bu il də verməyəcəyik. Çünki İlham Məmmədova ötən 5 il müddətində bizim heç bir problemimizlə maraqlanmayıb. Heç bu dəfə də maraqlanamayacaq”.
“2010-cu il parlament seçkiləri öncəsi qaranlıq keçmişi ilə bağlı məlumatların yayılmaması üçün mətbu orqanların redaksiyalarını qapı-qapı gəzən İlham Məmmədov özü ilə bağlı məlumatların qarşısını almağa çalışırdı. Bizim şikayətlərimiz də dərc olunmurdu, səsimizi eşidən yox idi”, – sakinlər bildirir.
“1500 manat maaş alan deputatın yarım milyonluq villası haradandır?”
“Artıq rayonda hamı onu milyonçu kimi tanıyır. Görəsən, İlham Məmmədov MSK-ya gəlirləri ilə bağlı tədim etdiyi deklarasiyasında Hacıkənddəki villasını göstəribmi? Yəqin ki, yox, amma biz bilirik ki, İlham Məmmədovun Hacıkənddəki villasının qiyməti yarım milyondan çoxdur. Həmçinin deputatın Yevlax və Gəncə şəhərlərində bir neçə obyekti var. Qeyd etdiyimiz bu obyektlər və villanı İlham Məmmədov məhz mandat alandan sonra əldə edib. Görəsən, 1500 manat əmək haqqı alan millət vəkili qiyməti yarım milyondan çox olan villanı və Yevlax, Gəncə şəhərlərindəki obyektləri necə əldə edib?” – məlumatda vurğulanır.
Məlumatda millət vəkili İlham Məmmədovun yaxın adamlarının adına bir neçə kiçik müəsissə açdığı və həmin şirkətlərin Yevlax, Gəncə və Tərtər rayonlarında tikinti təmir tenderlərində iştirak etdiyi deyilir. Yazıdakı iddilarla bağlı İlham Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın