Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / BDU 2 dekan, 16 kafedra müdiri axtarır – SİYAHI

BDU 2 dekan, 16 kafedra müdiri axtarır – SİYAHI

Bakı Dövlət Universiteti (BDU) dekan vəzifəsini, fakültə və kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Universitetin Tarix və Biologiya fakültələrinə dekan axtarılır.

Bundan əlavə, müsabiqə Аli riyaziyyat, Riyaziyyat və onun tədrisi metоdikası, İqtisadi kibernetika, Ümumi fizika və fizikanın tədrisi metodikası, Astrofizika, Bərk cisimlər fizikası, Optika və mоlekulyar fizika, Hidrometeorologiya, Ərəb filologiyası, Аzərbaycan şifahi хаlq ədəbiyyatı, Qədim dünya və оrta əsrlər tаrixi, Diplоmаtiyа və müasir inteqrasiya prosesləri, Politologiya və sosiologiya, Konstitusiya hüququ, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq və Rus dili (humanitar fakültələr üzrə) kafedralarının müdiri vəzifəsini əhatə edib.

Qeyd olunub ki, sənədlər bu elan dərc olunan gündən bir ay müddətində rektorun adına yazılmış ərizə ilə birlikdə təqdim edilməlidir. /Report

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …