Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Bazarstore” “Bizim Market”i alır?- Açıqlama

“Bazarstore” “Bizim Market”i alır?- Açıqlama

“Bazarstore” MMC “Bizim Market” mağazalar şəbəkəsini alması haqqında yayılan məlumatlar barədə rəsmi açıqlama yayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu barədə yazılanlar uydurmadan başqa bir şey deyil:

“Şirkətimiz qeyd edilən məsələ ilə əlaqədar heç bir danışıqlarda iştirak etməyib, hər hansı görüş keçirməyib və belə bir niyyəti də olmayıb. “Bazarstore” olaraq yazılanlara görə təəssüf edirik və “Bizim Market” şəbəkəsinə işlərində uğurlar arzulayırıq”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …