Ana səhifə / Cəmiyyət / Bakıda qanunsuz yürüşün qarşısı alınıb – Saxlanılanlar var

Bakıda qanunsuz yürüşün qarşısı alınıb – Saxlanılanlar var

Yanvarın 26-da, saat 15.30 radələrində 50-60 nəfərdən ibarət bir qrup şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. 

Bildirilib ki, bu zaman ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər. 

Operativ həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılıb. Yasamal rayon polis idarəsinə gətirilib, digərləri ərazidən uzaqlaşdırılıb. 

Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb. 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …