Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Bakıda pulsuz hazırlıq kursu açılıb – VİDEO

Bakıda pulsuz hazırlıq kursu açılıb – VİDEO

Bakıda abituriyentləri universitetlərə pulsuz hazırlaşdıran kurs fəaliyyət göstərir. Burada təhsil alanlar isə maddi vəziyyəti aşağı olan ailələrin övladlarıdır.

Bakıda fəaliyyət göstərən kurs tamamilə ödənişsizdir. Kursun dinləyiciləri isə maddi imkansızlıq ucbatından repetitor yanına və ya hazırlıq kurslarına gedə bilməyən abituriyentlərdir.

”Böyük Dayaq” adı verilən bu kursu tələblər təsis edib. O tələblər ki, onlar özləri də universitetə hazırlaşan zaman çətinliklərlə üzləşiblər. Hazırda burada 60 abituriyent təhsil alır.

Kursun girişində həm müəllimlər, həm də abituriyentlər gündəlik qeydiyyatdan keçirlər. Dərsə gəlməyən abituriyentlərlə bağlı isə valideynləri məlumatlandırılır.

Hazırda kursun idarə heyəti 8 tələbədən ibarətdir. Dərslərin təşkili üçün isə aylıq 300 manat müqabilində kirayə ofis tutulub. Bu məbləğ tələbələrin təşəbbüsü ilə əsasən sosial şəbəkələr üzərindən toplanır. Onlar bu ehtiyacları ödəmək üçün yaxın günlərdə xeyriyyə aksiyası da təşkil edəcəklər.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …