Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bakıda daha bir sürücü özbaşınalığı – Video

Bakıda daha bir sürücü özbaşınalığı – Video

Bakıda daha bir sürücünün xuliqanlıq edərkən çəkilmiş görüntüsü yayılıb.

Sürücülərdən biri başına gələn hadisənin videosunu Avtosfer.az-a göndərib. Belə ki, o, aprelin 26-ı Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda qaydalar çərçivəsində hərəkət edən zaman arxadan “Mercedes” markalı 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək ondan yol istəyib.

Qarşıdakı sürücünün yol vermədiyini görən “Mercedes”in sürücüsü səs siqnalı verərək onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşüb sürücünün yanına gələrək nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik sürücünün üzündən vuraraq hadisə yerindən qaçmağa başlayıb. Görüntünü qeydə alan sürücü bu barədə DİN-in 102 qaynar xəttinə şikayət edib.

Həmçinin oxuyun

Bakı Fransız Liseyinin bağlanma səbəbləri açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi …