Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bakı metrosu açılır? – AÇIQLAMA

Bakı metrosu açılır? – AÇIQLAMA

“Bakı Metropoliteni” QSC metropolitendə deratizasiya, dezinfeksiya və dezinseksiya işlərinə dair xidmətin göstərilməsinin satın alınması üzrə açıq tender elan edib.

Tenderin vaxtı əvvəlcə 26 may göstərilsə də, daha sonra 8 iyuna dəyişdirilib.

İddiaçılardan tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 7 iyun 2021-ci il saat 15:00-a qədər, tender təklifi və bank təminatını isə 27 may 2021-ci il saat 15:00-a qədər təqdim etmələri tələb olunub.

Qeyd edək ki, metropolitendə iyun ayı üzrə dezinfeksiya işlərinə başlaması elə həmin tarixdə metronun fəaliyyətə başlayacağı ilə bağlı fikirlər yaradıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov mövzu ilə bağlı “Ölkə.az”a açıqlamasında bildirdi ki, metropoliten geniş və çoxprofilli sahədir. Sərnişinə xidmətin tərkibi yalnız stansiyalarda görülən işlərdən ibarət deyil:

“Dezinfeksiya işlərinin hər səhə üzrə özünəməxsus təyinatı var. Metropoliten pandemiyanın olub-olmamasından asılı olmayaraq o işləri müntəzəm olaraq normativ sənədlərə uyğun həyata keçirir. Həmçinin epidemioloji vəziyyətə uyğun dezinfeksiya işləri nəinki stansiyalarda, həmçinin iş yerlərində, təmir və tikinti sahələrində müvafiq olaraq həyata keçirilir. Normativ sənədlərə əsasən epidemioloji vəziyyətlərdə əlavə dezinfeksiya işlərinin görülməsinə icazə var”. 

B. Məmmədov əlavə edib ki, metropolienin bugünkü əsas vəzifəsi bütün infrastrukturu sərnişindaşımaya hər an hazır vəziyyətdə saxlamaqdır.

Sərnişindaşıma fəaliyyətinin bərpası təbii olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …