Ana səhifə / Cəmiyyət / “Azercell”in data kart korrupsiyası – QALMAQAL

“Azercell”in data kart korrupsiyası – QALMAQAL

“Azercell” mobil operator şirkəti “data” kart istifadə edən müştərilərinə fırıldaq gəlməklə qazanc əldə edir. Şirkət abunəçilərə kampaniya adı altında kələk gələrək 10 manat balansından mənimsəyir. Müştərilərin kütləvi şəkildə şikayətinə isə nəinki baxılır, ümumiyyətlə onları dinləyib, nəticədə “Azercell”i haqlı çıxarmağa çalışırlar.

Bu yaxınlarda belə bir fakt qeydə alınıb. Abunəçi iyul ayı üçün 10 manat məbləğində kontur “data” kartına yükləyib və aktiv olmadığını görüb.

Ardınca şirkətin “qaynar xətt”i ilə əlaqə saxlayıb və ona bildirilib ki, kampaniya dövrü başa çatıb, bu halda aktiv olunması üçün yenidən 10 manat yükləməlidir. Bu isə “Azercell”in abunəçini bir ayda ikiqat xərcə salması deməkdir.

Şirkət bu mənimsəmə faktını elə bir hiylə ilə həyata keçirir ki, abunəçini borclu çıxarmağa çalışır. “Azercell” belə izah edir ki, ödənilən məbləğ ötən ayla bu ay aralığında ödənilmiş hesabdır, kampaniya yekunlaşıb və təzədən aktivləşdirmək üçün kontur yükləməlisən. Müştəridən isə əslində, “data” kartını işlətdiyi 10 ay ərzində əlavə pul alınır, hətta kartı ona satmış olur. Reklamlarda isə “data” kartın pulsuz verildiyi elan olunur.

Müştəri “Azercell”in 28 Mayda yerləşən Müştəri Xidmətlərinə müraciət edib.

Şirkətin ofisində müştəri 10 manat hesabından mənimsənildiyini və bunun fırıldaq olduğunu onların diqqətinə çatdırıb. Bu zaman mübahisə və qalmaqal yaranıb. Müştəri Xidmətində çalışanlar heç bir arqument və faktla vətəndaşın haqsız olduğunu sübut edə bilməyiblər və günahı ümumi sistemin üstünə yıxıblar.

Müştəri isə “Azercell”in fırıldaqçı və dələduz şirkət olduğunu deyərək qapını çırparaq gedib. Xəbərdə bildirilir ki, şirkət kampaniya adı ilə minlərlə abunəçinin hesabından 10 manat qazanır. Artıq məhkəmələrə müraciət etməyə hazırlaşanların olduğu deyilir.

Xatırladaq ki, feysbuk istifadəçisi Cəmşid Bəxtiyar da bu barədə yazmışdı: “Bu, “Azercell”in cibəgirmə metodlarından yalnız biridi. Datakartda daha çeşidli fırıldaqları var. Camaatın bu sahədə seçim məhdudluğundan gen-bol yararlanırlar. Başqa alternativlər olsa, mən bu mobil operatorların hamısından imtina edərdim”./tia.az

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın