Ana səhifə / Cəmiyyət / İcra başçısı bir gəncin həyatını niyə məhv etdi? – İlginc iddialar

İcra başçısı bir gəncin həyatını niyə məhv etdi? – İlginc iddialar

“Taleh Xasməmmədovun tutulmasını sifariş edən məmurlar prosesi yubatmaqla onun şərlənməsinin məhkəmədə Avropa Oyunları ərəfəsində ifşa edilməməsinə çalışırlar”.

İyunun 16-da Göyçay Rayon Məhkəməsində hakim Fərhad Əfəndiyevin sədrliyi ilə şərlənərək həbs olunan hüquq müdafiəçisi Taleh Xasməmmədovun məhkəmə iclası keçirilməli idi. Məhkəmə iclası saat 15:00-a təyin olunsa da, saat 16 radələrində Taleh Xasməmmədovu yaxınlarına bildirilib ki, proses yenə təxirə salınır.
Mia.az xəbər verir ki, bu barədə müsavat.coma məlumat verən T.Xasməmmədovun yaxınları qeyd etdilər ki, hakimdən nə baş verdiyini, prosesi niyə ikinci dəfədir yubatdığını soruşublar.
Hakim heç bir izahat vermədən  iclasın təxirə salındığını deməklə kifayətlənib:
“Taleh Xasməmmədovun məhkəmə prosesi iyunun 2-də keçirilməli idi. Həmin gün hakim prosesi heç bir səbəb göstərmədən iyunun 16-dək təxirə saldı.  İyunun 16-da isə yenə də heç bir səbəb gətirilmədən məhkəmənin qeyri-müəyyən vaxta təxirə salındığını dedi. Məhkəmənin yubadılmasında hakimin hansı məqsəd güddüyü bəlli deyil, amma biz düşünürük ki, ola bilsin, Talehin ictimai-siyasi fəaliyyətindən narahatlıq keçirərək, hüquq müdafiəçisinin tutulmasını sifariş edən məmurlar prosesi yubatmaqla onun şərlənməsinin məhkəmədə Avropa Oyunları ərəfəsində ifşa edilməməsinə çalışırlar.  Hazırda ölkəmizdə Avropa Oyunları keçirilir, bütün dünyanın gözü Bakıdadır. Görünür, hüquq müdafiəçisini şərləyərək həbs etdirənlər əməllərinin bu ərəfədə ifşa olunmasından ehtiyatlanırlar. Biz bir daha prezident İlham Əliyevə səslənərək, ondan xahiş edirik ki, hüquq müdafiəçisinin qanunsuz həbsini həyata keçirənlərlə bağlı ölçü götürsün, Taleh Xasməmmədovun azadlığa buraxılmasında bizə yardımçı olsun, ümidimiz yalnız onadır. Taleh ağır xəstədir, hər an xəstəxanada ölə,iki körpə balası başsız qala bilər”.
Xatırladaq ki,hüquq müdafiəçisi Taleh Xasməmmədov bu ilin 24 fevralında tutulub. Onun həbsindən dərhal sonra yaxınları mətbuata açıqlama verərək, Talehi icra başçısının şərlətdiyini deyiblər.
Hüquq müdafiəçisinin məhkəməsi yenə təxirə salındı
T.Xasməmmədov
Onu da qeyd edək ki, T.Xasməmmədov Göyçayın yeni icra başçısı Mübariz Ağayevin rayona gəlişi zamanı qurulan atəşfəşanlığın özəl səbəblərini, icra başçsının rüşvət müqabilində rayonda kadr islahatları apardığı haqda mətbuatda çıxışlar edib. Elə buna görə də onun məhz icra başçısının tapşırığı ilə şərləndiyi ehtimalı ən ciddi dairələr tərəfindən qəbul edilir.
Mia.az onu da xəbər verir ki, icra başçısı Mübariz Ağayev T.Xasməmmədovun həbsi ilə bağlı bir neçə məmuru da hədəfə alıb: “İcra başçısına elə gəlir ki, rayonun bəzi məmurları Taleh Xasməmmədova gizli informasiya ötürərək, mətbuatda haqqında yazı dərc olunmasına nail olublar. Bu yazılar isə rayonu yenidən qurmaq iddiası ilə öz “planları”nı həyata keçirməyə çalışan Mübariz Ağayevin qəzəbinə səbəb olub və o, bir gənciin həyatını məhv etmək qərarını verib…”.

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın