Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət /  Kərəm Həsənovun idarəsinin “qaz turbası”, “dəmir yolu” biznesi

 Kərəm Həsənovun idarəsinin “qaz turbası”, “dəmir yolu” biznesi

Azərbaycandakı sənədsiz yaşayış evləri və digər tikililərin rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı cənab İlham Əliyevin tapşırığından 5 ildən artıq vaxt keçsə də, bu məsələ hələ də həllini tapmayıb

Xatırladaq ki, dövlət başçısı bu problemi 2011-ci il martın 9-da Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə səsləndirib. Həmin tədbirdə prezident aidiyyəti qurumlara məsələnin tez bir zamanda həll edilməsi barədə tapşırıq verib. Prezident bu problemin əhalinin sosial vəziyyətinə və mülkiyyət hüquqlarının qorunması işinə mənfi təsir göstərdiyini söyləyərək məsələnin maksimum dərəcədə əhalinin xeyrinə həll etməyi tapşırmışdı.

Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni son dərəcə konkret qoymuşdu:”Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər”.
Bəli, atalar demişkən, “Pir mənimdir kəramətinə bələdəm”.

Cənab Prezident 5 il öncə xalqın xeyrinə təşəbbüs irəli sürəndə Əmlak Məsələləri Dövlət Komitəsində və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışan məmurların kəramətinə gözəl bələd idi.

Bilirdi ki, bəzi məmurlar tamah ucabatından bu təşəbbüsə imkan verməyəcək.
Əlimizdə olan xeyli sayda materiallar bunu təsdiqləyir.

Vətəndaş 10 ilə yaxındır fərdi evində yaşayır, evinə pasport qeydiyyatına alınıb, hüquqi qeydiyyatla bağlı məhkəmə qərarı var. Üstəlik icra hakimiyyətinin sərəncamı ilə vətəndaş evinə hüquqi qeydiyyata alınıb və fərdi yaşayış evinin layihəsi təsdiq edilib. Prezidentin də qəti tapşırığı öz yerində. Daha nə lazımdır, cənablar..?

NUH.az-a daxil olan sənədlərdə DRX tərəfindən vətəndaşa cavab verilir ki, fərdi yaşayış evi guya qaz turbasına yaxındır, yaxınlıqdan dəmir yolu keçir və s.

Onda sual oluna bilər ki, yaşayış massivindəki digər evlərə necə və neçə min manata “kupça” verilib..? Deməli rüşvət veriləndə qaz turbasına, dəmir yolu xəttinə göz yumulur, verilməyəndə, yaxud rüşvət az olanda ortaya çeşidli səbəblər çıxır. Həm də bu səbəblər ona görə gülməlidir ki, həmin qaz turbasının, dəmir yolu xətiinin daha çox yaxınlığında xeyli sayda dövlət idarələri tikilib, orada məmurlar çalışır. Bəs bu necə olur? Deməli, söhbət rüşvətdən gedir. Özü də hansı miqdarda..?

Bütün bunlardan əlavə axı ortada məhkəmə araşdırması var, icra hakimiyyətinin sərəncamı var, məhkəmə dövlətin adından qərar çıxardıb. Bəs, bunları hara yazaq..?

Bir sözlə, Reyestr Xidmətinin məmurları qaz turbasını, dəmir yolu xəttini özlərini üçün şəxsi qazanc mənbəyinə çevirib və Prezidentin 5 il öncə verdiyi tapşırığı qulaqardına vururlar.
Məlumat üçün qeyd edək ki, ölkə üzrə tikililərin reyestrinin yaradılması və qeydiyyata alınması üçün 2008-ci ildə Dünya Bankı Azərbaycana 30 milyon dollar həcmində kredit ayırıb.

Bu bəyənmədiyimiz əcnəbilərin kəraməti, bu da bizim harınlamış milli məmurların kərəməti…

Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq! (teref.info)

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın