Ana səhifə / Cəmiyyət / Jurnalist Məhəmmədəli Qəriblinin maşınını “Azpetrol” da əzdilər (Fotolar)

Jurnalist Məhəmmədəli Qəriblinin maşınını “Azpetrol” da əzdilər (Fotolar)

Bir sıra aparıcı KİV-lərdə  jurnalist Məhəmmədəli Qəriblinin avtomobilini yanacaqdoldurma məntəqəsində “Azpetrol”a məxsus yük maşınının əzməsi haqda məlumat yayılıb. Məhəmmədəli Qəribli hadisənin necə baş verməsilə bağı öz Feysbuq profilində status paylaşıb. Azinforum.az həmin statusu olduğu kimi təqdim edir:

“Bu gün həmkarım Vidadi Ordahallı ilə rastlaşdığımız hədisə bir daha şirkətlər tərəfindən maşınları nə qədər naşı sürücülərə etibar edildiyini ortaya qoymuş oldu. İşdən çıxanda hər gün “Qələbə” meydanının yanından keçib yaşadığım Gənclik istiqamətinə gedirəm. Düz meydanın yanında “Azpetrol”a məxsus yanacaqdoldurma məntəqəsi var. Rahat olduğu üçün, tez-tez ordan benzin doldururam. Bu gün də, növbədə dayanıb benzim doldurmaq istəyirdim. Bir də gördüm ki, maşınımı sürüyürlər. Təlimata uyğun olaraq,” Azpetrol”a məxsus olan, məntəqəyə yanacaq gətirən maşınların giriş və çıxışı başqa yerdən olmalıdır. Bu sürücü isə, təlimata əməl etməməsi bir yana, üstəlik sırada dayanan avtomobilin üstünə çıxır. Görün, nə qədər naşı olmalısan ki, belə bir hadisə törədəsən? Qəzadan heç kim sığortalanmayıb, bu aydındı, ancaq bu, ehtiyatsızdıqdan yaranan bir problem deyil. Arxayınçılıq və səriştəsizlikdən doğur bu!p1

Dürduğumuz yerdə bizi əzib, sürüyənə etiraz bildirəndə, çox arxayın şəkildə “Sığorta gəlib həll edəcək” cavabını verdi. Hadisə yerində olarkən, “Azpetrol”un işçiləri bizə təzyiq göstərmək istədilər ki, maşını hadisə yerindən götürək. Təbii ki, etmədik. Bizə bəlliydi ki, bunu günahlarını ört-basdır etmək üçün edirlər. Nəhayət, hadisə yerinə Bakı Şəhər Baş Dövlət Yol Polisinin əməkdaşları gəldi. İlk andan da, günahın “Azpetrol”un sürücüsündə olduğu qənaəti hasil oldu. Sonra təqdiqatçı gəlib bizi alkaqol testi keçməyə göndərdi. Qeyd edim ki, bu hadisə Bakı şəhər DYP-sinin 17-ci otağında oturan Mehman adlı tədqiqatçı tərəfindən araşdırılır. İzahatlarımızı verdik. Mənim sənədlərim qaytarıldı. Digər sürücününkünü saxladılar. “Azpetrol”un sığortası “Ata” sığortadadır. Onlar da, müvafiq hərəkətləri ediblər. İndi DYP bizə sənəd verməlidir ki, sığorta dəymiş ziyanı ödəsin. Ümidvaram ki, süründürməçilik olmadan, həmin sənədi də, sabah mənə təqdim edərlər…
Narahatçılıq keçirən, dəstək olan, mənimlə əlaqə saxlayan bütün dostlara  və həmkarlara minnətdarlığımı bildirirəm”.

p2

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın