Ana səhifə / Cəmiyyət / 28 ilin Xocalı torpağı, Xocalı suyu (FOTO)

28 ilin Xocalı torpağı, Xocalı suyu (FOTO)

Məmmədovlarla gələn bu torpaq, bu su Xocalının Başkənd kəndindəndir.
Xocalıdan Gəncəyə gətirilən torpaq və su…
ARB Xəbər sözügedən torpaq və su ilə yaşayan Xocalının Başkənd sakinləri olan Məmmədovlarla bağlı maraqlı sujet hazırlayıb.
Məmmədov Məmməd – Xocalı sakini: “Bizim Kəndimizin müqəddəs torpağıdır. Bu da kəndimizdəki bulağın suyudur.1992-ci ilin may ayının saat 11-dən 12-ə keçən gecə götürmüşəm bu suyu. Eyni vaxtda da torpağı götürmüşəm. 28 il, 5 ay, 10 gündür bu su öz kefiyyətini itirməyib”.
Ailənin başçısı deyir ki, köçkünlük dövrlərində dünyasını dəyişən köçkünlük dövründə dünyasını dəyişən yaxınlarımızın məzarlarına bu torpaq və bu sudan tökməklə onların sanki doğma kəndimizdə dəfn edirmiş kimi təsəlli tapmışıq.
Məmmədov Məmməd – Xocalı sakini: “Tez-tez anamın qəbri üstünə getdikcə bu sudan onun qəbrinə damladıram. Belə-belə sular azaldı. Həsrət çəkib, ürəyimiz yananda az-az içmişik”.
Ömrünün 60 ilini geridə qoymuş Qarabağ qazisini uşaq kimi o torpaqla oyanayan gördük. Deyir tək təsəlli yerim olan bu vətən yadigarlarına toxunanda uşaqlığımı, gəncliyimi, kəndimi xatırlayıram.
Elza Həsənova – Xocalı sakini: “Hər zaman bir arzumuz olub. Bu torpaq o torpağına yenidən qovuşsun. Su da öz axarını yenidən tapsın. İnşallah o günlər yaxındadır”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …