Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Tanınmış jurnalist Yavər Camalovun ailəsinə başsağlığı verdi

Tanınmış jurnalist Yavər Camalovun ailəsinə başsağlığı verdi

Tanınmış jurnalist Almaz Səfərli Azinforum.az-a açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalovun  uzun sürən xəstəlikdən sonra dünyasını dəyişməsindən kədərləndiyini bildirib və mərhumun bütün yaxınlarına dərin hüzünlə başsağlığı verdiyini söyləyib: “Biz həmin ailə ilə çox yaxın münasibətə malik olmuşuq. Yavər müəllimin vaxtsız vəfatı məni və ailəmizi dərindən kədərləndirdi. Allahdan ona rəhmət, doğmalarına isə səbr diləyirəm”.

2006-ci ildən müdafiə sənayesi naziri olan Yavər Camalovun biografiyasını təqdim edirik:

Yavər Talıb oğlu Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972 – ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972-1989-cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis-sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989-1995-ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995-2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib. Evlidir, üç oğlu var.

Qeyd edək ki, ötən ilin sentyabrında Y.Camalovun oğlu 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişmişdi.

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …