Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / 17-18 Sentyabrda Bakı-Sumqayıt yolu bağlı olacaq

17-18 Sentyabrda Bakı-Sumqayıt yolu bağlı olacaq

DİN Baş Dövlət Yol Polisi İdarəsi 17-18 sentyabr 2016-cı il tarixlərində Bakı-Quba avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə məlumat yayıb.
Buna da bax: Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmamasının əsl səbəbi məlum oldu
İdarədən AzVision.az-a verilən məlumata görə, Bakı-Quba avtomobil yolunun 11-ci km-də yerüstü piyada keçidinin inşası ilə əlaqədar olaraq sentyabrın 17-də saat 12:00-dan həmin yolun 12-ci km-dəki Masazır dairəsindən paytaxt istiqamətinə gedən hissəsi, sentyabrın 18-də saat 7:00-dan isə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti gecə saatlarınadək müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Sürücülər 17 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri istiqamətinə, eləcə də 18 sentyabr 2016-cı il tarixdə hər iki istiqamətdə hərəkət etmək üçün alternativ yol olaraq Bakı-Quba yolunun 10-cu km-dən (Xırdalan–Binəqədi şossesinin başlanğıcı), əks istiqamətdə isə Bakı-Quba yolunun 12-ci (Masazır dairəsi) və ya 16-cı km-dən Xirdalan şəhərinə daxil olmaqla hərəkətlərinə davam edə bilərlər.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın