Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Əli Orucov özünə avtomobil alıb, amma sürmür: “… sürücülük vəsiqəm yoxdur”

Əli Orucov özünə avtomobil alıb, amma sürmür: “… sürücülük vəsiqəm yoxdur”

Azinforum.az-ın əldə etdiyi məlumata görə, tanınmış gənc siyasətçi, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov bu günlərdə özünə yeni avtomobil alıb. Bildirilir ki, uzun müddət maşınsızlıqdan əziyyət çəkən siyasətçinin aldığı avtomobil o qədər də bahalı deyil.

İkinci əl “Opel Astra” modelli avtomobili əldə etmək üçün siyasətçi 5000 manatından keçməli olub.

Əli Orucov Azinforum.az-ın müxbiri ilə söhbətində məlumatın doğruluğunu təsdiqləyib:

“Avtomobil almağım doğru xəbərdi. Markasını da düz tapıbsınız. Ancaq hələ ki, piyada gəzirəm. Çünki avtomobil sürə bilsəm də,  sürücülük vəsiqəm yoxdur. Bəziləri kimi, vəsiqəni  əyri yollarla əldə etmək istəmirəm. İmtahanlara hazırlaşıram, yaxın vaxtda öz gücümə sürücülük vəsiqəsini də əldə edəcəm. Bax, ondan sonra maşını rahat  sürəcəm”.

Qeyd edək ki, bu, Əli Orucovun ilk avtomobili sayılacaq.

Rövşən ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın