Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Şuşan Stepanyan “3 tank vurduq” dedi, Bakıdan ona istehzalı cavab verildi

Şuşan Stepanyan “3 tank vurduq” dedi, Bakıdan ona istehzalı cavab verildi

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan, düşmənin baş hərbi təbliğatçısı Arsurun Ovanisyan fasilə verəndə cəbhədəki vəziyyətlə bağlı ara-sıra açıqlamalar verən Şuşan Stepanyan cənub istiqamətində Azərbaycan ordusunun “hücum cəhdi” haqda danışıb. Və bildirib ki, hücumun qarşısı alınarkən 3 tank vurulub.

Azərbaycan Müdafiə Nazirliyindən isə deyiblər ki, Şuşan Stepanyanın danışdıqlarının cəbhənin nə cənub, nə cənub-şərq istiqamətində hazırda hökm sürən real döyüş vəziyyəti ilə heç bir uyğunluğu yoxdur. Və Azərbaycan ordusunun 3 tankının vurulması haqda onun dedikləri yalandır.

“Cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir.  Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf özünün döyüş uğurları haqda vaxtaşırı olaraq real situasiya ilə əlaqəsi olmayan bu cür raportlar verir. Burada məqsəd aydındır-düşmən ordusunun döyüş ruhu kəskin aşağı düşüb və vəziyyət onlar üçün getdikcə daha çox çıxılmaz olur. Belə vəziyyətdə döyüş uğurları haqda yalan məlumatlar yaymaqla ordunun döyüş ruhunu artırmaq cəhdi primitiv də olsa, yeganə mümkün variantdır”,-məlumatda bildirilir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …